Bizim Gecə

Azəri Forum
HomeHome  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  
Yeni mövzu aç   Cavab göndər
 

DİN

Əvvəlki mövzu Sonrakı mövzu Go down 
MüəllifIsmarıc
Azeri_Man
Admin


GeminiRat
Age : 24
Daxil ol : Ş. Okt. 06, 2007 20:00
Ismarıclar : 256

Yeni mövzuMövzu: DİN   Ç.a. Apr. 29, 2008 6:43 pm

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyası 2-ci fəsil Maddə 18.

________________________________________________________________

Azərbaycan tarixən islam dininə, islam mədəniyyətinə mənsub bir ölkədir. İslam bu ölkəyə 1400 il bundan öncə gəlmiş, burada dərin kök salmış, insanların davranışına, düşücəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkə yenidən islama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.

İslam VII əsrin əvvəllərində Ərəbistan yarımadasının qərbində meydana çıxmışdır. Kitabı ərəb dilində, peyğəmbəri ərəb olan, ərəb qəbilələri arasında təşəkkül tapan bu din az bir zaman içərisində bütün Ərəbistanı öz bayrağı altında birləşdirmiş, Ərəbistan yarımadası hüdudlarını aşaraq Asiya, Afrika və Avropanın bir çox ölkələrində yayıla bilmişdir. Bu gün dünyada ən geniş yayılmış dinlərdən biri olan islam artıq on dörd əsrdir ki, öz mənəvi dəyərləri, əxlaq və hüquq normaları, mədəniyyətqurma qüdrəti və təliminin universallığı sayəsində artır və güclənir, öz ardıcıllarının həyatını, adət-ənənələrini, davranış və düşüncə tərzini müəyyən edir, onlara dünya və mənəviyyatın təməlini təşkil edən meyarlar verir. İslama, onun kitabının tarixinə, peyğəmbərin həyat yoluna, bu dinin təbliğ etdiyi mənəvi dəyərlərə təbii maraq da buradan doğur.

Fransız islamşünası Airi Masse 1930-cu ildə qələmə aldığı “İslam” kitabında o dövrün məlumatlarına əsasən dünyada müsəlmanların sayını 240 milyon nəfər göstərirdi. Bu gün bu ədəd 1 milyard 250 milyon nəfər təşkil edir.

Din insana yaradılışdan xasdır, insanın daxili aləmindən, mənəvi tələbatından, təbiətindən doğur.

Din insanın öz Xalidi Allaha ibadət yoludur.

Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir.

Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir.

Konstitusiyanın 7-ci maddəsində göstərilir: “Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitary respublikadır”.

Konstitusiyanın 18-ci maddəsi bildirir ki: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.

Konstitusiyanın 48-ci maddəsi vicdan azdlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqalarıilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır”.

1992-ci ilin avqustunda qəbul olunmuş “Dini etiqad azdlığı haqqında” Azərbaycan Respublikasının qanunu respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq, hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmalarım fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumıarın dövlət orqanları ilə münasibıətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas yaradır.
Əvvələ qayıt Go down

DİN

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Permissions of this forum:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Azərbaycan ( Odlar Yurdu ) :: Azərbaycan'ın Tarixi Şəxsiyətləri :: DİN-
Yeni mövzu aç   Cavab göndər