Bizim Gecə

Azəri Forum
HomeHome  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  
 

Qaydalar

Əvvəlki mövzu Sonrakı mövzu Go down 
MüəllifIsmarıc
Azeri_Man
Admin


GeminiRat
Age : 24
Daxil ol : Ş. Okt. 06, 2007 20:00
Ismarıclar : 256

Yeni mövzuMövzu: Qaydalar   Çər. Mar. 26, 2008 1:13 pm

1. Forumda qeydiyyatdan keçməklə, siz Azərbaycanı sevdiyinizi və erməni dığalarına nifrət etdiyinizi təsdiq edirsiniz.

2. Forumda qeydiyyatdan keçməklə, siz , forumun və saytın qaydalarına uyğun, Azərbaycanın mənafeyinə uyğun mövzular açmağı və ya mövzulara bu qaydalara uyğun olaraq cavab vermənizi təsdiq edirsiniz.

3. Forumda siyasi və dini mövzuların açılması qəti qadağandır və nəzarətçi qrup tərəfindən aşkar olunduğu andaca silinəcək.

4. Forumda Administratorun icazəsi olmadan, heç bir reklam növünə icazə verilmir və aşkar edildiyi anda silinəcək. Reklam üçün administratora müraciət edin.

6. Forumda şəxsi ismarıc sistemi vasitəsi ilə kiminsə narazılığı olduğu halda , həmin istifadəçiyə ismarıc yazmaq,narahatlığını pozmaq ,sonunda sizin istifadəçi adının ban olunmasına səbəb olacaq.

7. Forumda heç bir mövzuda nəlayiq sözlər işlətmək, digər istifadəçinin mənəvi hüquqlarını tapdalaya biləcək, mübahisə yaradacaq və s. bu kimi sözlər və cümlələr yazmaq olmaz!!!

8. Digər saytlara keçidi (force major və bəzi istisna halları çıxmaqla) olan ismarıclar qadağalıdır və aşkar olduğu anda silinəcək. Bu hall eyni istifadəçi tərəfindən təkrarlanarsa, xəbərdarlıq edilmədən 7 günlük forumdan qovulma cəzası veriləcək.

9. Forumda verilən yükləmələrdə,proqram təminatında , serial və digər vasitələrin doğruluğuna, virussuzluğuna və s. təminat verilmir. Bunları sız özünüzün riski hesabına istifadə edirsiniz.

10. Forumda verilən crack ,serial və s . kimi üsullar yalnız və yalnız proqramın "full" versiyasını sizə göstərmək üçün verilir. Siz həmin proqramı (və ya digər yükləmələri) yükləməklə, crack,serial və sair kimi üsullardan istifadə etməklə, onları 24 saat ərzində kompyuterinizdən silmək öhdəliyini də qəbul edirsiniz və hər cür cavabdehliyi öz üzərinizə götürürsünüz!

11. Forumda administratorun heç bir hərəkəti müzakirə olunmur. Moderator və super moderatorların hərəkətlərini müzakirə etmək üçün , sizin istifadənizə bölmə ayrılmışdır.

12.Forumda hər hansı bir istifadəçinin V.İ.P , nəzarətçi, administrator və s. kimi vəzifələri və titulları xahiş etməsi forumda sükutla qarşılaşacaq. İllərlə , aylarla, həftələrlə, 24 saatın 24 ünü də forumda oturmağınız , qaydaları pozmamağınız o demək deyil ki sizə nəzarətçi statusu vermək məcburiyyətindəyəm. Kimə hansı titul və vəzifə lazımdırsa, forumun idarə heyəti özü seçir. Əgər sizə bu forum yalnız nəzarətçi olub, digərlərinin yanında lovğalanmaq üçün lazımdırsa, məncə foruma girməyinizi elə bu andan dayandıra bilərsiniz. Forum bilik paylaşmaq üçündür, azından bizim forum. Burada status paylanmır!

13. Yuxarıda qeyd edilmiş istənilən qayda pozuntusunun nəticəsi sizin istifadə adınızın ban olunması ilə nəticələnə bilər ki, bu da müzakirə olunmur.

14. Əgər forumun şərtləri və adminin etdiyi yenilik və hərəkətlər sizin xoşunuza gəlmirsə, bu foruma girməməniz məsləhət bilinir.

15. Forumun qaydaları istənilən an dəyişdirilə bilər. Bundan əlavə yeni qaydalar yarana bilər.Bu zaman heç bir forum istifadəçisinə məlumat verilməyəcək.

16. Qaydaları oxumaq və onlara əməl etmək sizin borcunuzdur! Qaydaları bilməmək istifadəçini məsuliyyətdən azad etmir!
_________________
Albomları Endirmək Üçün Cavab Yazmalısınız !
Əvvələ qayıt Go down

Qaydalar

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Permissions of this forum:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Forum Haqqında :: Qaydalar-