Bizim Gecə

Azəri Forum
 
AnasayfaAnasayfa  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  GirişGiriş  
En son konular
» Kərəvizlə Toyuq Salatı
B. Okt. 09, 2011 9:15 am tarafndan Azeri_Man

» Seksi qızlar
B.e. İyul 05, 2010 10:07 pm tarafndan Azeri_Man

» Fifa Dünya kupası 2010
B.e. İyul 05, 2010 10:06 pm tarafndan Azeri_Man

» Megan Fox Gorgeous
B.e. İyul 05, 2010 10:05 pm tarafndan Azeri_Man

» Parça bozbaş
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Zəfəranlı bulyon
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Xəmiraşı
C.a. Fev. 25, 2010 10:35 am tarafndan Azeri_Man

» Toyuq şorbası
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Turşu-sıyıq
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Qovurma bozbaş
C.a. Fev. 25, 2010 10:33 am tarafndan Azeri_Man

» Balıq küftəsi
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Umac
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Şəkisayağı gürzə
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Ovdux-doğramac
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Dovğa
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Sulu xəngəl
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Kələpaça (Xaş)
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Düşbərə
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Şəki pitisi
C.a. Fev. 25, 2010 10:00 am tarafndan Azeri_Man

» Küftə-Bozbaş
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» Piti
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» İspanaq çığırtması
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Övriştə
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Əzmə
C.a. Fev. 25, 2010 9:57 am tarafndan Azeri_Man

» Yayma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Səbzi qovurma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Azərbaycansayağı ət qızartması
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Rizə küftə
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Arzuman küftəsi
C.a. Fev. 25, 2010 9:54 am tarafndan Azeri_Man

» Təndirdə qızardılmış cücə
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Lənkəransayağı qaşqaldaq
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Qızardılmış turac
C.a. Fev. 25, 2010 9:52 am tarafndan Azeri_Man

» Badımcan çığırtması
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Tava əti
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Cız-bız
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Gəncə çığırtması
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Alçalı-limonlu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Turşu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Nar qovurma
C.a. Fev. 25, 2010 9:48 am tarafndan Azeri_Man

» Boz qovurma
C.a. Fev. 25, 2010 9:47 am tarafndan Azeri_Man

» Həvəskar qovurması
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Qiymə çiğırtma
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Kartof kababı
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Tava kabab
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Həvəskar kababı
C.a. Fev. 25, 2010 9:44 am tarafndan Azeri_Man

» Qara ciyər kababı
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Cücə kabab
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Toyuq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Badımcanla quyruq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Tikə kabab
C.a. Fev. 25, 2010 9:41 am tarafndan Azeri_Man

Anahtar-kelime
Yayma xingal Vasif motosklet haqqinda Mətanət seksi Kitab qızlar baki ildə bahar aygün həsənağa ağayev yenə tort neft borçalı sevgilərmp3 olsun faiq sevgi Gecələr qulu Laləmp3
Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Dost Siteler

Payla | 
 

 Azərbaycan Tarixi

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Azərbaycan Tarixi   Ç.a. Apr. 15, 2008 6:26 pm

Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindənidir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlığı yaranır. Allahlara məbədlər ucaldılır.
Azərbaycanı öz tə'sir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə, bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında ziddiyyətlər güclənməyə başlayır.
Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştilik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mə'nəvi və dünyəvi mədəniyyət inkişaf edir.
VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala mə'ruz qaldı və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. İslamı qəbul etmiş digər xalqlar kimi, azərbaycanlılar da ümumi "müsəlman" adı altında müsəlman mədəniyyətinin inkişafında iştirak etmişlər. Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin, memarların böyük bir şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə Azərbaycanın ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəstxətti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır.
Xalqımızın "Kitabi Dədə-Qorqud", "Koroğlu" anları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi, Əfzələddin Xəqani, Xətib Təbrizi, Qətran Təbrizi, Imadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiyəddin Ürməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adlan dünya elm aləminə yaxşı tanışdır.
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah Ismayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti nəticəsində xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir.
Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı və onun xalqını iki yerə böldü: Azərbaycanın Şimal hissəsi Rusiya tərəfindən işğal edildi, Cənub hissəsi isə İran dövlətinin tərkibinə qatıldı. XX əsr Azərbaycan xalqının tarixinə sosial-iqtisadi, ictimai-siyasi və mədəni təbəddülatlar dövrü kimi olmuşdur. Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı.
Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması, mütərəqqi, demokratik ideyaların intişarı milli özünüdərkin bərqərar olmasına və inkişafına azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də süqut etdi. XI rus ordusu Bakıya daxil oldu. 1922-ci il dekabrın ayından Azərbaycan dövlət atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil edildi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və dövlət müstəqilliyi barədə konstitusiya aktı qəbul olundu.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının bütün xalq tərəfindən bəyənilmiş Konstitusiyası qəbul edildi. Bu hadisə Azərbaycan xalqının tarixində yeni mərhələnin - tərəqqi və demokratiya əsrinin başlanması əlamətdardır. Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün hamar olmayıb və biz ağır sınaqlara məruz qalmışıq. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir milyondan çox həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq qaçqın və köçkünə çevirmişdir.
Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və sairə problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə daha da möhkəmlətmişdir. Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz qabağındadır. Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə üç il yarımdan artıqdır ki dayandırılmış, atəşkəsə nail olunmuşdur. Ölkə daxilində qeyri-qanuni silahlı dəstələrin fəaliyyətinə birdəfəlik son qoyulmuş. siyasi hərc-mərcliyin qarşısı alınmışdır. Qətiyyətlə deyə bilərik ki, hal-hazırda Azərbaycan Respublikası tam siyasi sabitlik şəraitində yaşayır.
Bu da ölkə həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər əsasında formalaşır. Xalqımızın tarixi arzusu olan müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul edilmişdir. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar edilməsini əsas qanun şəklində təsbit etdi. Konstitusiyanın müddəaları əsasında çoxpartiyalı, demokratik seçkilər yolu ilə parlament yaradılmış, siyasi plüralizmə nail olmaq, cəmiyyətimizdə demokratik prinsipləri inkişaf etdirmək üçün qanunlar qəbul edilmişdir.
Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli mövqe tutması üçün daha geniş perispektivlər açılmışdır. İndi Azərbaycanda əikir müxtəlifliyi, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının qorunması cəmiyyətimizin əsas və dönməz prinsiplərini təşkil edir. Xalqımız öz həyatını qanunların aliliyi, tarixi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan sonra da bu yolla gedəcəkdir. Azərbaycan iqtisadiyyatı böyük dəyişikliklər və islahatlar dövrünü yaşayır. Bazar münasibətlərinə keçid və dünya iqtisadi sisteminə inteqrasiya olunmaq siyasətimizin əsas istiqamətlərini təşkil edir.
Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, 80-ci illərin sonundan iqtisadiyyatda baş verən geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə isə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Bu gün ölkədə aparılan iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşır. Hazırda sənayenin, ticarətin, nəqliyyatın, məişət xidməti sahələrinin özəlləşdirilməsi, bank-maliyyə sisteminin, istehsalın yenidən qurulması, dünyanın ən böyük dövlət və özəl qurumları ilə müştərək layihələrin həyata keçirilməsi və sairə Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardandır.
Dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə neft müqavilələrinin bağlanması, bu müqavilələrin işə başlaması, ilkin neftin artıq Qərb bazarlarına nəql edilməsi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə zəmin yaratmışdır. İslahatlar iqtisadiyyatın diğər sahələrinə nisbətən aqrar sahədə daha sürətlə gedir.
Kənd təsərrüfatında aparılan radikal islahatlar - ictimai və dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi, torpaqların xüsusi mülkiyyətə verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, kəndlidə həqiqi sahibkarlıq hisslərinin yaradılması öz müsbət nəticələrini vermiş və Azərbaycanda ərzaq problemi birdəfəlik aradan qaldırılmışdır. Ölkə iqtisadiyyatında həyata keçirilən dəyişikliklər və bunun nəticəsində nail olduğumuz inkişaf dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, elmə, mədəniyyətə, təhsilə daha çox vəsait cəlb etmək imkanı yaradır.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi bütün dünyada tanınır və özünəməxsus nüfuza malikdir. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatının. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin. Türk Dövlətləri Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bərpa və İnkişaf Bankının, İslam İnkişaf Bankının üzvü olmus, Parlamentlərarası İttifaq, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır. Azərbaycan diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabər hüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır.
Bu gün dövlətimizin ən ağrılı problemİ olan Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın haqq səsi dünya dövlətləri, beynəlxalq və regional qurumlar tərəfindən dəstəklənir. İnanırıq ki, yaxın zamanlarda bu problem sülh yolu ilə özünün ədalətli həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll olunmalıdır. Biz müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
 
Azərbaycan Tarixi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Azərbaycan ( Odlar Yurdu ) :: Azərbaycan'ın Tarixi Şəxsiyətləri-
Keç: