Bizim Gecə

Azəri Forum
 
AnasayfaAnasayfa  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  GirişGiriş  
En son konular
» Kərəvizlə Toyuq Salatı
B. Okt. 09, 2011 9:15 am tarafndan Azeri_Man

» Seksi qızlar
B.e. İyul 05, 2010 10:07 pm tarafndan Azeri_Man

» Fifa Dünya kupası 2010
B.e. İyul 05, 2010 10:06 pm tarafndan Azeri_Man

» Megan Fox Gorgeous
B.e. İyul 05, 2010 10:05 pm tarafndan Azeri_Man

» Parça bozbaş
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Zəfəranlı bulyon
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Xəmiraşı
C.a. Fev. 25, 2010 10:35 am tarafndan Azeri_Man

» Toyuq şorbası
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Turşu-sıyıq
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Qovurma bozbaş
C.a. Fev. 25, 2010 10:33 am tarafndan Azeri_Man

» Balıq küftəsi
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Umac
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Şəkisayağı gürzə
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Ovdux-doğramac
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Dovğa
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Sulu xəngəl
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Kələpaça (Xaş)
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Düşbərə
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Şəki pitisi
C.a. Fev. 25, 2010 10:00 am tarafndan Azeri_Man

» Küftə-Bozbaş
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» Piti
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» İspanaq çığırtması
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Övriştə
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Əzmə
C.a. Fev. 25, 2010 9:57 am tarafndan Azeri_Man

» Yayma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Səbzi qovurma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Azərbaycansayağı ət qızartması
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Rizə küftə
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Arzuman küftəsi
C.a. Fev. 25, 2010 9:54 am tarafndan Azeri_Man

» Təndirdə qızardılmış cücə
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Lənkəransayağı qaşqaldaq
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Qızardılmış turac
C.a. Fev. 25, 2010 9:52 am tarafndan Azeri_Man

» Badımcan çığırtması
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Tava əti
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Cız-bız
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Gəncə çığırtması
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Alçalı-limonlu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Turşu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Nar qovurma
C.a. Fev. 25, 2010 9:48 am tarafndan Azeri_Man

» Boz qovurma
C.a. Fev. 25, 2010 9:47 am tarafndan Azeri_Man

» Həvəskar qovurması
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Qiymə çiğırtma
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Kartof kababı
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Tava kabab
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Həvəskar kababı
C.a. Fev. 25, 2010 9:44 am tarafndan Azeri_Man

» Qara ciyər kababı
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Cücə kabab
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Toyuq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Badımcanla quyruq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Tikə kabab
C.a. Fev. 25, 2010 9:41 am tarafndan Azeri_Man

Anahtar-kelime
faiq olsun bahar ildə haqqinda Kitab sevgilərmp3 yenə Vasif Yayma qızlar aygün tort Mətanət Gecələr borçalı ağayev motosklet Laləmp3 xingal sevgi baki həsənağa seksi qulu neft
Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Dost Siteler

Payla | 
 

 Rəşid Behbudov

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Rəşid Behbudov   Ç.a. Apr. 15, 2008 7:07 pm

Rəşid haqqında AzeriArt.Net saytına yazmazdan əvvəl, mən onun haqqında yazılanları oxuyub, çəkildiyi filmlərə baxıb, oxuduğu musiqiləri dinləyib və ən nəhayət onun məzarını ziyarət etdim. Bütün bunlar mənə onun haqqında yazmağa ilham verdi. Onun səsi indi də əsl musiqiyə qiymət verənlərin xatirində yaşayır. Rəşid Məcid oğlu Behbudov- Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, 2 Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. R.Behbudova Dağıstan xalq artisti, Gürcustan əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Görkəmli sənətkar və ictimai xadim, müstəsna dərəcədə səmimi, mehriban insan, böyük istedad sahibi Rəşid Behbudov özunun var qüvvəsini və biliyini Vətənə, incəsənətə xidmət işinə həsr etmişdir. Onun adı Vətən və dünya musiqi-ifaçılıq mədəniyyətinin tarixinə yazılmışdır. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. O özünün bütün qüdrətli istedadını, tükənməz qüvvəsini, böyük təcrubəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. Böyük sənətkar, alovlu vətənpərvər olan Rəşid Behbudov öz qudrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edirdi. O ömrü boyu öz yaradıcılığında bir vətənpərvər sənətkar qarşısında duran vəzifələri dərindən başa düşür, vətənə, xalqa xidmət etməyin ən parlaq nümunəsini göstərirdi. Onun mahnıları planetin bir çox güşələrində səslənmişdir. Bu gözəl melodiyaları hər yerdə, müxtəlif qitələrdə fərəh və minnətdarlıq hissi ilə dinləyirdilər. Doğma diyarın bütün gözəlliyini, onun adamlarının mehribanlığını, səmimiliyini, qayğıkeşliyini özünün ecazkar səsi, özünün təkrarsız gözəlliyi ilə tərənnüm etməkdə, böyük, gözəl vətənimizdən, hər bir adam üçün əziz olan sülh, dostluq və əmin-amanlıq şəraitində xoşbəxt həyat haqqında mahnı dili ilə söhbət açmaqda onun tayı-bərabəri yox idi. Yalnız gözəl torpaq, yalnız namuslu xalq belə bir oğul böyudə bilərdi.
Maestro Behbudovun mahnılari biz cavan nəslin atalarının gənclik vaxtlarının mahnısı olmuşdur. O vaxtdan 30-40 il keçməsinə baxmayaraq hələ də biz gənclər tərəfindən sevilir. Bu mahnılar Azərbaycanı dünyaya tanıtdı, onlara bu diyarın gözəl musiqisi ilə ilk dəfə tanış olmaq imkanı verdi. Səməd Vurğunun "Azərbaycan" şeri, bu müqəddəs misraları Rəşid Behbudov öz əfsanəvi səsinin qanadlarında bütün dünyaya, bütün xalqlara çatdırdı. KQB-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid cismən aramızda yoxsa da, səsi əbədi yaşayacaqdır. Müdrik xalqımız öz şair-bəstəkar qəlbi ilə eşqə "ölməz" deyib. Rəşid Behbudov sənəti ilə ölməzdir. Azərbaycan əzəldən şer, musiqi, gözəl səslər beşiyi sayılmışdır. Rəşid Behbudov bu müqəddəs beşikdə püxtələşmiş, nəhayətdə özü bir ifaçılıq məktəbinə çevrilmişdir. Nəinki Azərbaycanda, hətta başqa respublikalarda da onlarca müğənni onun yolunu seçmiş, hətta Rəşid manerasını təqlid də etmişdilər, ancaq heç biri Rəşid Behbudov zirvəsinə yüksələ bilməmişdilər. Rəşid elə tək-vahid Rəşid olaraq qalmışdır. Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur. Nəvvabi, Üzeyiri, Bülbülü, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Xan Şuşinskini, Fikrət Əmirovu, Niyazini yetişdirən musiqi beşiyi Qarabağda uşaqlıq və gənclik illərini keçirən, Nizami, Füzuli, Səməd Vurğun dühasından ilham alan Rəşid Behbudov öz sənəti ilə bizdə işıqlı bir ümid doğururdu, bizə dünyanın fəlsəfəsini açırdı, daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Rəşidin səsindəki həzin lirizm bizə ana məhəbbətini, körpə pıçıltısını, gəlin həyasını-bir sözlə vətənin, insan ürəyinin qüdrətini və genişliyini təlqin edirdi. Bu səs bizi sevgiyə, şəfqətə, doğruluğa, düzgünlüyə, saflığa, təmizliyə çagırırdı. Azərbaycanın elə bir şəhəri və rayonu, qəsəbəsi və kəndi yoxdur ki, sənətkarımızın ayaği oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş SSRİ və respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır. Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir.
Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq-musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən Qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan "Müstaid" yay konsertinə iştirak etməyə dəvət edirlər .O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşaiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. Sonra Rəşid dəmiryolu texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar. Qəflətən Behbudov yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən qurulusçu rejissorlar onun Ü.Hacibəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər, eləce ona "Arşın mal alan" filmində Əsgər obrazı verilir. Arşın mal alan filminin şöhreti artır. Az sonra bu film Sovet İttifaqinin bütün şəhərlərində, xarici ölkələrdə göstərilir. 1946-ci ildə filmə Dövlət Mükafatı verilir."Arşın mal alan" filmi Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz-Əsgər obrazı, mügənninin şirin və könül oxşayan səsi həm tamasaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Sovet kinosunun qızıl fonduna daxil olmuş həmin film 50 ildən çoxdur ki, müvəffəqiyyətlə göstərilir. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Azərbaycan, Neftçi mahnısı, Züleyxa-xanım və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri F.Əmirovla yaxşılaşır. Maestro bəstəkarın Gülüş, Ulduz romanslarını, Sevdiyim yardır və b. mahnılarının ifa edir.
R.Behbudov özünün parlaq yaradıcılıq və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Efqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarlarının mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər.O səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları- Ü.Hacəbəyov, S.Rüstəmov, F.Əmirov, T.Quliyev, C.Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. Daha sonralar Behbudov Neft Daşları, Gəncə, Daşkəsən ,Zaqatala, Turut-Saradjin təpəsində, Alagöz yaylaqlarında olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun "Sevil" operasında onun yaratdığı Balaş obrazı-dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi, geniş miqyasda təqdir olunmuş, respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vaxta qədər o lirik, xarakter-janr əsərlərinin və əsasəndə xalq mahnı yaradıcılıığı ifaçısı kimi tanınmışdır.Yeni spektaklda o özündə vokal-dramatik texnikasını hiss etdi. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə "Doğma Xalqıma" sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.
Behbudovu 1954-ci ildə Hindistana qastrol səfərlərinə çağırırlar. Hindistanda Behbudovu köhnə tanış kimi qarşılayırlar. Onun mahnılarını bilir və onunla bərabər ifa edirlər. Daha çox Behbudovun ifasında populyar hind bəstəkarı Robi Şankarın, sözləri tanınmış hind şairi Alama İqbalın "Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım" (Sare çaxasa açça Xindustan xumara) mahnısı səsləndirilir. Sonra Behbudovu "Sevimli Mahnı" filmində Bəxtiyar rolu həvalə olunur. Aktyor öz rolu ilə həyata atılmış gənc obrazı yaradır. R.Behbudov Azərbaycanda estrada janrının banilərindən biridir. Nəhayət 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına,onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək etdi. 1961-ci il Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli-Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay, və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu. 70-ci illərdə Rəşid Behbudov yenə ekranlarda "1001-ci qastrol" filmində gorünür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır.

_________________
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
 
Rəşid Behbudov
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Azərbaycan ( Odlar Yurdu ) :: Azərbaycan'ın Musiqi Adamları-
Keç: