Bizim Gecə

Azəri Forum
 
AnasayfaAnasayfa  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  GirişGiriş  
En son konular
» Kərəvizlə Toyuq Salatı
B. Okt. 09, 2011 9:15 am tarafndan Azeri_Man

» Seksi qızlar
B.e. İyul 05, 2010 10:07 pm tarafndan Azeri_Man

» Fifa Dünya kupası 2010
B.e. İyul 05, 2010 10:06 pm tarafndan Azeri_Man

» Megan Fox Gorgeous
B.e. İyul 05, 2010 10:05 pm tarafndan Azeri_Man

» Parça bozbaş
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Zəfəranlı bulyon
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Xəmiraşı
C.a. Fev. 25, 2010 10:35 am tarafndan Azeri_Man

» Toyuq şorbası
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Turşu-sıyıq
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Qovurma bozbaş
C.a. Fev. 25, 2010 10:33 am tarafndan Azeri_Man

» Balıq küftəsi
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Umac
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Şəkisayağı gürzə
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Ovdux-doğramac
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Dovğa
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Sulu xəngəl
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Kələpaça (Xaş)
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Düşbərə
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Şəki pitisi
C.a. Fev. 25, 2010 10:00 am tarafndan Azeri_Man

» Küftə-Bozbaş
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» Piti
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» İspanaq çığırtması
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Övriştə
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Əzmə
C.a. Fev. 25, 2010 9:57 am tarafndan Azeri_Man

» Yayma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Səbzi qovurma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Azərbaycansayağı ət qızartması
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Rizə küftə
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Arzuman küftəsi
C.a. Fev. 25, 2010 9:54 am tarafndan Azeri_Man

» Təndirdə qızardılmış cücə
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Lənkəransayağı qaşqaldaq
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Qızardılmış turac
C.a. Fev. 25, 2010 9:52 am tarafndan Azeri_Man

» Badımcan çığırtması
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Tava əti
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Cız-bız
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Gəncə çığırtması
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Alçalı-limonlu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Turşu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Nar qovurma
C.a. Fev. 25, 2010 9:48 am tarafndan Azeri_Man

» Boz qovurma
C.a. Fev. 25, 2010 9:47 am tarafndan Azeri_Man

» Həvəskar qovurması
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Qiymə çiğırtma
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Kartof kababı
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Tava kabab
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Həvəskar kababı
C.a. Fev. 25, 2010 9:44 am tarafndan Azeri_Man

» Qara ciyər kababı
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Cücə kabab
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Toyuq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Badımcanla quyruq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Tikə kabab
C.a. Fev. 25, 2010 9:41 am tarafndan Azeri_Man

Anahtar-kelime
qızlar yenə bahar Kitab Mətanət olsun ildə faiq ağayev motosklet həsənağa Yayma xingal baki seksi Gecələr haqqinda aygün sevgi borçalı Laləmp3 neft sevgilərmp3 qulu tort Vasif
Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Dost Siteler

Payla | 
 

 Bakı şəhəri niyə belə adlanır?

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Bakı şəhəri niyə belə adlanır?   Çər. Apr. 16, 2008 12:50 pm

Şərq ilə Qərbin iqtisadi və ticarət yolları arasında birləşən Azərbaycan həm də zəngin toponomika fonduna malikdir. Dilimizdə bu günədək işlədilən və işlədilməyən minlərlə toponim vardır. Onlar xalqımızın soykökündən və etnik əlaqələrindən xəbər verir, bizi tarixi keçmişimizə aparır.
Təəssüf ki, bu sahədə biliyimiz çox azdır. Məsələn, az adam bilir ki, Bakı şəhərinin, yaxud Maştağa, Bülbülə, Fatmayı, Zağulba kəndlərinin və digər kəndlərin adları haradan götürülüb? Bu suallara cavab tapmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Təvəkkül Səlimova müraciət etməyi qərara aldıq.

- İstərdik ki, bəzi yer adlarımızın mənşəyini, onların haradan əmələ gəldiyini bilək. Məsələn, götürək elə Bakı şəhərini.
- "Bakı" indiyədək dəqiq izahatını tapa bilməmiş minlərlə toponimdən biridir. Bəzi alimlər bu toponimi eramızın VII əsrində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndirirlər, bəzilərinin fikrincə isə paytaxtımızın adı "Bakuyə" sözündən götürülmüşdür. "Baquvən" və "Badkubə" variantlarının da tərəfdarı çoxdur. "Badkubə" farsca "küləkdöyən" deməkdir və bu məhfum ilk baxışda şəhərimizin təbiətinə çox uyğun gəlir, "Baquvən" isə "alovlar allahının şəhəri" kimi tərcümə olunur ki, bu toponimin də açımı vaxtı ilə Bakıda və onun ətrafında mövcud olan atəşgahlara işarədir. Mən belə hesab edirəm ki, şəhərimizin adı "Baku" (h) sözündən götürülmüşdür. "Ba" azəri türkcə "lıq" şəkilçisi, "ku" (h) isə farsca "dağ" deməkdir, yəni "dağlıq yer".

- Keçək Bakı kəndlərinin adlarına. Lakin bu barədə danışmazdan əvvəl sizə belə bir sualla müraciət etmək istəyirəm: Bakıda, ümumiyyətlə, neçə kənd vardır?
- Aparılan araşdırmalara görə, orta əsrlərdən ta XVII əsrədək Bakıda 32 kənd olub. XIX əsrdən başlayaraq Bakı kəndlərinin sayı artmağa başlamışdır. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. Şəxsən mən belə hesab edirəm ki, bu gün Bakıda 41 kənd var.

- Gəlin onların adlarını əlifba sırası ilə bir-bir açıqlamağa başlayaq. - Balaxanıdan başlayaq. Bu kəndin ərazisi yarandığı gündən odlu-alovlu olmuş, sakinlərə böyük bəlalar gətirmişdir. Bu səbəbdən də adını Balaxanı qoymuşlar, yəni "bəlalı məkan".
Digər fərziyyə. Vaxtı ilə Balaxanı kəndinin əhalisi tat dilində danışardı. Odur ki, bəzi tədqiqatçılar, "Balaxanı" toponiminin "bala" və "xana" sözlərindən əmələ gəldiyini iddia edirlər. Bu isə tərcümədə "yuxarı ev" deməkdir. Həqiqətən vaxtı ilə Balaxanıda bütün binaların üstündə yay istirahət evləri - külafirəngilər tikilərdi.
Daha bir xalq etimalogiyasına görə isə Balaxanı kəndinin əsasını qədim dövrlərdə Bəli adlı bir xan qoymuş, bu kənd məhz onun şərəfinə belə adlandırılmışdır. Yeri gəlmişkən, Bəli xan daha bir kənd bina etdirərək onun arvadı Fatmanın şərəfinə Fatmayı qoymuşdur.
Tarixi rəvayətlərə görə, Bibiheybət kəndinin əsasını yeddinci imam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rzanın bacısı Akimə xatun qoymuşdur. O, xilafətin təqiblərinə məruz qalaraq vətəndən qaçmağa məcbur olmuş, öz qulu Heybətlə birlikdə Səba-Səbail (indiki Bayıl) liman şəhərinin sahilində məskunlaşmışdır. Hər ikisi uzun illər burada yaşamış, buradaca dəfn olunmuşdur. Kəndin adı məhz onların şərəfinə Bibiheybət qoyulmuşdur.
Xalq etimologiyasına görə, Binəqədinin əsl adı Binəqazidir, farsca tərcümədə isə bu, "qazi evi" deməkdir. Guya vaxtı ilə kəndin əsasını hansısa bir qazi qoymuşdur.
Biləcəri "Beranğar" monqol sözündən əmələ gəlmişdir. "Beran" "sağ", "ğar" isə "qol" deməkdir, yəni "qoşunun sağ qolu". Çox güman ki, türklər Altayda olarkən bu sözü özləri ilə birlikdə Qafqaza gətirmişlər, Qafqazda isə "baranğar" sözü kiçik fonetik uğramaya məruz qalaraq "Biləcəri"yə çevrilmişdir.
İndiki Binə kəndinin ərazisi tarixən nardaranlıların qışlaq yeri olmuşdur. Yaşlı adamların dediyinə görə, buraya ilk dəfə yaxşı otlaq tapmaq məqsədi ilə Hacı Mövlan adında bir qoyunçu ayaq basmışdır. Sonralar onun qohumları Binəni qışlaq yerinə çevirmişdilər. Maldardar ilk vaxtlar müvəqqəti qış düşərgəsində - "binədə" yaşayardılar. Kəndin adı da məhz buradan götürülüşdür.
"Bilgəh" coğrafi məhfumu fars mənşəli "bil" - "bataqlıq" və "gəh" - "yer" sözlərindən əmələ gəlmişdir.

- Eşitdiyimə görə, Abşeron toponimiyasında çox çətin izah edilən coğrafi məhfumlardan biri də Buzovnadır, deyilmi?
- Bilə Adətən alimlər bu toponimi üç hissəyə bölürlər: "buz" - "çıxıntı", "ov" - "su" və "na" - şəkilçi. Bu isə tat dilindən tərcümədə "suya girən burun" deməkdir. Düzü, bu bənzətmə Buzovnaya çox uyğun gəlir.
Elmi ədəbiyyatda göstərilir ki, Bülbülə əslində "pilpilə" sözünün təhrif edilmiş formasıdır. "Pil" farsca" "palçıq vulkanı", "bil" isə "bataqlıq" deməkdir, yəni "palçıq vulkanı, bataqlıq olan yer". Xalq etimologiyasına görə isə guya vaxtı ilə burada müqəddəs adamlardan biri bilə-bilə öldürüldüyündən kəndə bu ad verilmişdir.
"Qala" toponiminin izahı bir tərəfdən tarixi və arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Bəzi mütəxəssislər kəndin adını "mühafizə olunan yer" kimi mənalandırırlar, bir başqaları isə bu adın birbaşa "qala" sözü ilə əlaqədar olduğunu iddia edirlər. Həqiqətən XIV əsrdə və XVIII əsrin birinci yarısında burada çoxlu istehkam qalası və müşahidə xarakterli xırda qala tikilmişdi.
"Qobu" toponimi ilə bağlı Azərbaycanda bir sıra yer adları mövcuddur. Məsələn, Abşerondakı Qobu kəndini, Ağdaşdakı Qobuüstü, Xaçmazdakı Qobuqıraq, Füzulidəki Qobudilağarda kəndlərini və Qobustan rayonunu göstərə bilərik. Bu toponimin bir çox mənası vardır - çuxur yer, kiçik dərə, bataqlıq yer, çayın ən dərin yeri, kiçik gölməçə, düzəngah. Şübhə yoxdur ki, Bakının Qobu kəndi öz təbii xüsusiyyətlərinə görə bu açıqlamalardan birini özündə birləşdirir.
Alimlərin fikrincə, "Zabrat" toponimi fars mənşəli olub "zab" - "bulaq" və "rat" - "bol" sözlərindən əmələ gəlmişdir ki, bu da tərcümədə "neft bulağı" kimi açıqlanır.
"Zirə" toponimi də fars mənşəlidir, "çökəklikdə olan yer" deməkdir. Həqiqətən Zirə kəndi çökəklikdə yerləşir. "Zağulba" toponiminin açıqlaması isə belədir: "za" - sahildə" və "qolbe" - "daxma", yəni "sahildə tikilən daxma". Zığ kəndi öz adını vaxtı ilə burada yaşamış zığ tayfalarından götürmüşdür. "Digah" isə farsca belə tərcümə olunur: "di" - "kənd", "gəh" - "yer", yəni "kənd yeri".

Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Geri: Bakı şəhəri niyə belə adlanır?   Çər. Apr. 16, 2008 12:51 pm

Əmircan. Şirvanşahlar dövründə Məkkəyə ziyarətə gedən zəvvarlara dövlət tərəfindən başçı təyin edilərdi və onlara "Əmir hac" deyərdilər. Başçı təyin edilənlərdən biri də Əmir hac Nizaməddin idi. Əmircan qəsəbəsi məhz onun şərəfinə bu cür adlandırılmışdır, açıqlaması da belədir: "əmir", üstəgəl "hac", üstəgəl "an" - məkanlıq şəkilçisi.
Əhmədli kəndinin qısa tarixçəsi belədir: kəndin əsası şahsevənlər tayfasından olan Mahmud və Əhməd adlı iki qoyunçu qardaş tərəfindən qoyulmuşdur. Onlar qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar. Əhməd daha igid və cəsarətli olduğundan kənd əvvəl-axır onun adını daşımağa başlamışdır.
"Keşlə" toponimi farsca tərcümədə "geniş vadi" deməkdir. XVIII əsrdə burada keşli elinin nümayəndələri məskunlaşmışdılar. "Kürdəxanı" hərfi mənada "kürdlər yaşayan yer" mənasını verir. Güzdək kəndinin adı türk oğuz tayfası olan "quzlarla" əlaqələndirilir" və mən bunu düzgün hesab edirəm. Vaxtı ilə Güzdəkdə əsasın tat dilli əhali yaşayırdı. Onların dilindən tərcümədə isə "güzdək" "quzlar kəndi" deməkdir.
Göradil kəndinin adının üç açıqlaması vardır. Birincisi, farsca bu, "məzarıstan" deməkdir. İkincisi, toponimdəki "gor" kök tərkibi goranboy tayfasının adı ilə sıx bağlıdır. Üçüncüsü "göran" monqol-türk sözü olub "düşərgə", "qoşun", "müharibə edən tərəf" deməkdir.
- Deyilənlərə görə, Maştağa kəndinin əhalisini əsas etibarı ilə Orta Asiyadan çıxmış massaget tayfasının nümayəndələri təşkil edirdilər. Bu, düzdür?
- Tamamilə düzdür. Yeri gəlmişkən, massagetlərin şimal-şərqi Albaniyada öz knyazlıqları olub. İllər ötdükcə "massaget" toponimi "masqut", "məsqətə", "maşqada" və nəhayət, "maştağa" sözünə çevrilmişdir.
Mərdəkan kəndinin adı mərd tayfası ilə bağlı meydana gəlmişdir və "mərdlər məkanı" kimi tərcümə olunur. Antik alimlərdən Heradotun, Pliniyin, Strabonun və başqalarının yazdığına görə, mərdlər hələ eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə İran ordusunun sıralarında qəhrəmancasına vuruşmuş, böyük şücaətlər göstərmişlər. Çox güman ki, sasanilər şimal sərhədlərini möhkəmləndirmək məqsədi ilə onları V-VI əsrlərdə Abşeron torpağına köçürmüşdülər. Araşdırmalar göstərir ki, Məhəmmədəli kəndinin adı onun bünövrəsini qoymuş bir şəxslə bağlıdır. Təəssüf ki, bu şəxsin kimliyi indiyədək müəyyənləşdirilməmişdir. Masazır kəndinin də adının haradan əmələ gəldiyi hələlik bəlli deyil.
Elmi ədəbiyyatda "Nardaran" sözünün mənşəyi belə izah olunur: "nar" - farsca "dəvə", "dar" - "saxlanılan" və "an" - məkanlıq şəkilçisi, yəni "dəvə saxlanılan yer". Novxanı kəndinə gəlincə isə "nou" tat dilində "təzə", "xana" isə "ev deməkdir, yəni "təzə ev". Tarixdən məlumdur ki, vaxtı ilə Novxanı kəndindən bir qədər aralıda Siyan kəndi olmuşdur. XVII əsrdə bu kəndi su basdığından onun əhalisi indiki Novxanı ərazisinə köçərək orada məskən salmışdır.
Pirşağı öz adında müqəddəslik rəmzi daşıyan kəndlərimizdən biridir. Vaxtı ilə burada Pir-i-Şah adında bir qəbir-pir vardı. Pirin müqəddəsliyi onun müalicəvi əhəmiyyəti ilə sıx surətdə bağlı idi. Ağır dəri xəstəliyinə tutulan adamlar mütəmadi buraya gələrək, ətrafda bitən otlardan yara yerlərinə sürtər və tez bir zamanda sağalardılar. Kəndin adı məhz bu pir ilə bağlıdır.
Xalq etimologiyasına görə, Ramana "rahi" - "yol" və "mani" - "maniə" sözlərindən əmələ gəlmişdir. Həqiqətən bu kənd coğrafi cəhətcə o qədər yüksəklikdə yerləşirmiş ki, buradan başqa kəndlərə gedib-gəlmək çox çətin imiş.
Başqa bir mülahizə də var. Bəzi alimlər, o cümlədən Sara xanım Aşurbəyli belə hesab edir ki, "Ramana" toponimi birbaşa romalılarla əlaqdardır. Onların fikrincə, "Ramana" "romalıların yaşadığı yer" kimi izah olunmalıdır. Həqiqətən tarixdən məlumdur ki, hələ eramızın birinci əsrində romalılar Bakıda olmuş və bir müddət burada yaşamışlar. Bunu Qobustanda tapılmış qayaüstü yazılar da təsdiq edir.
Sabunçu kəndinin adı ilə bağlı da müxtəlif fikirlər var. Xalq açıqlamasına görə, bu toponim Azərbaycan dilindəki "sabın" sözündən götürülmüşdür, yəni "sabın hazırlanan yer". Başqa bir fərziyyəyə görə isə "Sabunçu" toponimi farsca "sə" - "üç", "bun" - "təpə" və "çi" sonluğundan əmələ gəlmişdir ki, bu da tərcümədə "üç təpə" deməkdir. Doğrudan da vaxtı ilə Sabunçu ərazisində üç hündür təpə var idi.
Başqa bir fərziyyə və mən onu daha düzgün hesab edirəm: "sabunçu" toponimi bilavasitə sabunçu türk tayfası ilə bağlıdır. Həmin tayfanın nümayəndələri XVII əsrdə Ermənistanda, Azərbaycanın Ermənistanla sərhəd ərazilərində və qismən də Dağlıq Qarabağda yaşamış, XVIII əsrdə isə Abşerona köçüb gəlmişlər.
Saray kəndinin adı hərfi mənada "şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev" deməkdir. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur.
Bu kənd ilə bağlı digər fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır. Ola bilər ki, o zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşmışdılar.
Suraxanı kəndi "atəş məkanı" kimi tərcümə olunur ki, bu da ərazinin təbii və geoloji xüsusiyyətləri ilə sıx surətdə bağlıdır.
"Türkan" coğrafi məfhumu "türk" etnonimindən əmələ gəlmişdir: "türk" və "an" - məkanlıq şəkilçisi. Bəzi mənbələrdə, o cümlədən elmi əsərlərdə və xalq danışıq dilində Türkan "Türkənd" kimi də işlədilir. Hər iki variantda məna eynidir: "türklərin yaşadığı yer".
Xocahəsən kəndi yalnız XVII əsrdən başlayaraq belə adlanır, özü də öz zəmanəsinin tanınmış tacirlərindən olan Xoca Həsənin şərəfinə. Yeri gəlmişkən, kənddəki ovdanın və karvansaranın üzərində də onun adı həkk olunmuşdur. "Xırdalan" toponiminin bir neçə açıqlaması vardır. Bəzi alimlər bu coğrafi məfhumu vaxtı ilə həmin ərazidə saysız-hesabsız xırların, yəni əkin sahələrinin olması ilə əlaqələndirirlər, bir başqaları isə "Xırdalan" toponimindəki "xır" sözünün əslində "xur" olduğunu iddia edirlər. "Xur" isə farsca "qeyri-adi, görünməmiş, od, atəş, günəş parıltısı" deməkdir. Əgər bu, həqiqətən belədirsə, onda Xırdalan kəndinin atəşpərəstliklə sıx əlaqəsi olub.
"Hökməli" toponiminin hərfi mənada açıqlaması belədir: "hökm" - "əmr, sərəncam" və "əli" 0 şəxs adı, yəni "Əlinin hökmü ilə tikilən kənd".
Tədqiqatlar nəticəsində Hövsan toponiminin bir neçə yazılış forması aşkar edilmişdir: Hövsan, Oussa, Housan, Heovsan, Xouzan, Qevzan, Hovz. Sara Aşurbəyli "Hövsan" toponiminin İran mənşəli, Qiyasəddin Qeybullayev ərəbcə "qusu" - "qala" sözü ilə eyni köklü və mənalı olduğunu, Rəmzi Yüzbaşov isə "həzz" tayfasının adı ilə bağlı olduğunu iddia edirlər. Mübahisələr hələ də davam edir.
Məlum olduğu kimi, XIII əsrdə tatar və monqol qoşunlarının hücumu nəticəsində bir sıra dövlətlərin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin toponimik fonduna böyük zərər dəymişdir. Azərbaycanda yüzlərlə monqol mənşəli toponim və mikrotoponim meydana gəlmişdir. Onlara misal olaraq Sumqayıtı (Sukait), Bəsitçayı (Bəsit), Qax rayonunun Tanğıt kəndini (Tanqut) göstərə bilərik. Corat kəndi də öz adını monqolların corat tayfasından götürmüşdür.
Abşeronun ən qədim və səfalı yerlərindən biri də Şağandır. "Şağan" coğrafi məfhumunun bir neçə izahı vardır. Bəzi etnoqrafların fikrincə, toponim "şah" - "böyük" sözündən və "an" - məkanlıq şəkilçisindən əmələ gəlmişdir ki, bu da tərcümədə "böyük kənd" kimi səslənir. Xalq etimologiyasına görə isə vaxtı ilə burada Şahxan adlı bir nəfər yaşamış və kənd onun şərəfinə belə adlandırılmışdır.
Daha bir fərziyyə: Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur. Toponimin "sakan" etnonimi ilə oxşarlığı bizə belə bir mülahizə yürütməyə əsas verir ki, vaxtı ilə burada sakan tayfasından olan adamlar yaşamışdılar.
Tarixən Şüvəlan ərazisi Qala camaatının bağ yeri olmuşdur. Orta əsrlərin bir sıra sənədlərində isə yaşayış məntəqəsinin adı "Şivəlan" kimi göstərilir. Fikrimcə, "Şüvəlan" sözü fars mənşəlidir: "şüvül" - "uzun və düz ağac", "an" - məkanlıq şəkilçisi. Bu onu göstərir ki, vaxtı ilə burada çoxlu bağ salınmış və ağac əkilmişdi.
Görkəmli alim-etnoqrafla tarixi keçmişimiz haqqında söhbətimiz uzun çəkdi. Təəssüf ki, bu vaxt ərzində biz yalnız Bakının və onun kəndlərinin adlarını açıqlaya bildik. Azərbaycanın digər şəhər və rayonlarının adları barədə söhbətə isə vaxt qalmadı. - Eyb etməz, - deyə Təvəkkül müəllim bildirdi. - Allahın köməkliyi ilə söhbətimizi gələn dəfə davam etdirərik. Bu ümidlə də ondan ayrıldım.

_________________
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
 
Bakı şəhəri niyə belə adlanır?
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Azərbaycan ( Odlar Yurdu ) :: Azərbaycan'ın Tarixi Şəxsiyətləri-
Keç: