Bizim Gecə

Azəri Forum
 
AnasayfaAnasayfa  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  GirişGiriş  
En son konular
» Kərəvizlə Toyuq Salatı
B. Okt. 09, 2011 9:15 am tarafndan Azeri_Man

» Seksi qızlar
B.e. İyul 05, 2010 10:07 pm tarafndan Azeri_Man

» Fifa Dünya kupası 2010
B.e. İyul 05, 2010 10:06 pm tarafndan Azeri_Man

» Megan Fox Gorgeous
B.e. İyul 05, 2010 10:05 pm tarafndan Azeri_Man

» Parça bozbaş
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Zəfəranlı bulyon
C.a. Fev. 25, 2010 10:36 am tarafndan Azeri_Man

» Xəmiraşı
C.a. Fev. 25, 2010 10:35 am tarafndan Azeri_Man

» Toyuq şorbası
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Turşu-sıyıq
C.a. Fev. 25, 2010 10:34 am tarafndan Azeri_Man

» Qovurma bozbaş
C.a. Fev. 25, 2010 10:33 am tarafndan Azeri_Man

» Balıq küftəsi
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Umac
C.a. Fev. 25, 2010 10:32 am tarafndan Azeri_Man

» Şəkisayağı gürzə
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Ovdux-doğramac
C.a. Fev. 25, 2010 10:31 am tarafndan Azeri_Man

» Dovğa
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Sulu xəngəl
C.a. Fev. 25, 2010 10:02 am tarafndan Azeri_Man

» Kələpaça (Xaş)
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Düşbərə
C.a. Fev. 25, 2010 10:01 am tarafndan Azeri_Man

» Şəki pitisi
C.a. Fev. 25, 2010 10:00 am tarafndan Azeri_Man

» Küftə-Bozbaş
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» Piti
C.a. Fev. 25, 2010 9:59 am tarafndan Azeri_Man

» İspanaq çığırtması
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Övriştə
C.a. Fev. 25, 2010 9:58 am tarafndan Azeri_Man

» Əzmə
C.a. Fev. 25, 2010 9:57 am tarafndan Azeri_Man

» Yayma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Səbzi qovurma
C.a. Fev. 25, 2010 9:56 am tarafndan Azeri_Man

» Azərbaycansayağı ət qızartması
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Rizə küftə
C.a. Fev. 25, 2010 9:55 am tarafndan Azeri_Man

» Arzuman küftəsi
C.a. Fev. 25, 2010 9:54 am tarafndan Azeri_Man

» Təndirdə qızardılmış cücə
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Lənkəransayağı qaşqaldaq
C.a. Fev. 25, 2010 9:53 am tarafndan Azeri_Man

» Qızardılmış turac
C.a. Fev. 25, 2010 9:52 am tarafndan Azeri_Man

» Badımcan çığırtması
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Tava əti
C.a. Fev. 25, 2010 9:51 am tarafndan Azeri_Man

» Cız-bız
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Gəncə çığırtması
C.a. Fev. 25, 2010 9:50 am tarafndan Azeri_Man

» Alçalı-limonlu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Turşu qovurma
C.a. Fev. 25, 2010 9:49 am tarafndan Azeri_Man

» Nar qovurma
C.a. Fev. 25, 2010 9:48 am tarafndan Azeri_Man

» Boz qovurma
C.a. Fev. 25, 2010 9:47 am tarafndan Azeri_Man

» Həvəskar qovurması
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Qiymə çiğırtma
C.a. Fev. 25, 2010 9:46 am tarafndan Azeri_Man

» Kartof kababı
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Tava kabab
C.a. Fev. 25, 2010 9:45 am tarafndan Azeri_Man

» Həvəskar kababı
C.a. Fev. 25, 2010 9:44 am tarafndan Azeri_Man

» Qara ciyər kababı
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Cücə kabab
C.a. Fev. 25, 2010 9:43 am tarafndan Azeri_Man

» Toyuq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Badımcanla quyruq kababı
C.a. Fev. 25, 2010 9:42 am tarafndan Azeri_Man

» Tikə kabab
C.a. Fev. 25, 2010 9:41 am tarafndan Azeri_Man

Anahtar-kelime
ildə xingal Yayma Vasif baki sevgilərmp3 tort ağayev Kitab qulu neft motosklet bahar olsun Laləmp3 yenə borçalı qızlar sevgi haqqinda faiq həsənağa seksi Mətanət aygün Gecələr
Axtar
 
 

Sonu :
 
Rechercher knt aratrma
Dost Siteler

Payla | 
 

 Mircəfər Bağırov

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Mircəfər Bağırov   Ç.a. Mar. 18, 2008 3:02 pm

İkinci Dünya müharibəsi başlandıqdan sonra 4 sentyabr 1939-cu ildə İran tərəfindən bitərəflik haqqında bəyanat verilsə də, Hitler Almaniyası ilə sıx münasibətlər hələ də qalırdı. İran rəhbəri Rza şah Almaniyanın millətin “ariliyi” haqqında təbliğatından ruhlanaraq, artıq Sovet Azərbaycanı və Orta Asiya ərazilərinə iddialar səsləndirirdi. Bildirilirdi ki, İran qədim “arilərin” yaşadığı ərazidir, guya bu “arilər” mühacirət edib german tayfalarını yaradıblar. Hətta İran şahı SSRİ-nin xarici işlər üzrə xalq komissarına 17 may 1940-cı il tarixli 643 saylı nota göndərmiş və bu notada Azərbaycan SSR-i «Qafqaz Azərbaycanı» adlandırmışdı (Cəmil Həsənli. Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan). İranın bu cür bəyanatlarından sonra SSRİ və İngiltərənin rəhbərliyi hərəkətə gəldi. SSRİ-nin xüsusi xidmət orqanları İran şahı əleyhinə qüvvələrin yaradılması məqsədilə məlumat toplamağa başladı. 1941-ci ilin yanvarında Cənubi Azərbaycan və İran Kürdüstanı haqqında 211 səhifəlik texniki-iqtisadi informasiya hazırlandı.

1941-ci ilin marıntda Mircəfər Bağırov Stalinə “Cənubi Azərbaycan haqqında qısa arayış” göndərir ki, burada da qeyd olunur: “Şah hökuməti İranda Azərbaycan xalqına qarşı polis təzyiqi siyasəti aparır”.

1941-ci ilin iyun-iyul aylarında SSRİ ilə Almaniya arasında müharibə başladıqdan sonra Zaqafqaziyada dislokasiya olunmuş 17-ci ordu İran sərhədlərinə doğru hərəkət etməyə başladı. İran və Sovet Rusiyası arasında 1921-ci il müqaviləsinə əsasən, Sovet rəhbərliyi ölkənin təhlükəsizliyini nəzərə almaqla İran ərazisinə mümkün müdaxilə haqqında bəyanat verdi. İngiltərə də İran körfəzi tərəfdən, Ərəbistan sahillərində yerləşən müstəmləkələrdən öz qoşunlarını İran ərazisinə göndərdi. O zaman baş nazir olan Fürudi ingilis qoşunlarının İranda yerləşməsi haqqında saziş imzaladı. Rza şah 16 sentyabr 1941-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı və onun yerinə oğlu Məhəmmədrza Pəhləvi keçdi. İngilis və sovet qoşunları cənubdan və şimaldan Tehrana daxil oldu. İranın xarici işlər naziri Süheyli diplomatik kanallarla İran səfirliklərinə ingilisyönlü siyasət aparmağı tapşırdı.
O zamanlar Sovet rəhbərliyi kimə – kürdlərə, yoxsa azərbaycanlılara əsaslanmaq seçimi qarşısında idi. Çünki gələcəkdə İran İngilğərənin təsir dairəsinə düşəcək, bu da onu onu neft ehtiyatları ilə zəngin olan Mosul, Kərkük və Ərəbistana yaxınlaşdıracaqdı. Amma bura yol tapmaq üçün ingilislər regionda yaşayan etnik qrupların müqaviməti ilə üzləşəcəkdilər və bu etnik qrupları öz strateji partnyorlarına çevirmək lazım idi. Bir çoxları strateji partnyor kimi kürdləri seçməyi təklif edirdilər. İran kürdlərinin hüquqlarının tapdandığını əsas tutaraq, onlardan necə istifadə etmək, əvvəlcə Tehran hakimiyyətinə təzyiq göstərməklə, onları SSRİ-nin təsir dairəsinə salmaq barədə arqumentlər gətirilirdi. Amma M.Bağırov L.Beriyanın köməyi ilə bu təkliflərin əsassızlığını sübut edə bildi. Bağırov dostu L.Beriyanın yardımı ilə, xarici işlər XK-nın müavini V.N.Dekanozovla birlikdə Stalində belə bir fikir yaratmağa müvəffəq oldu ki, İran azərbaycanlılarına əsaslanmaq lazımdır.
1941-ci il sentyabrın 9-da Stalin Bağırova bir günlük Moskvaya gəlmək barədə şifroqram göndərir. Həmin görüşdə Bağırov öz təkliflər layihəsini Stalinə təqdim edir. Bu təklifə əsasən, K(b)P MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana yollanacaq partiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun bu layihəsini təsdiq edir.
Sözügedən qrupun rəhbərliyinə Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev, Mirzə İbrahimov daxil edilir. Hərbi Şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barəsində Stalinə məlumat verir.
Bir müddətdən sonra Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında fikir ayrılıqları başlandı. Bu fikir ayrılıqları Əziz Əliyevin azərbaycanlılara milli hisslər bəsləyərək, sovet qarnizonunun rəhbərliyinə məktub yazması üzündən baş verdi. Həmin məktubda o yerli əhalidən silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edir. M.Bağırov xarici işlər XK-nin müavini Dekazanovla əlaqə saxlayaraq, Ə.Əliyevi müdafiə etməyə başlayır.
24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova “Cənubi Azərbaycan haqqında hesabat” (C.Həsənli. Göstərilən əsəri) göndərir və burada yazır: “Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də “Vətən yolunda” qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur”.
1942-ci il yanvarın 26-da İran Məclisi sovet-ingilis-İran ittifaqının müzakirəsini yekunlaşdırdı. 29 yanvar 1942-ci ildə SSRİ tərəfindən səfir A.Smirnov, Böyük Britaniya adından R.Bulard, İran tərəfindən xarici işlər naziri Süheyli Böyük Britaniya, SSRİ və İranın ittifaqı haqqında müqaviləni imzaladılar.
1942-ci il fevralın 10-da Məhəmmədrza şah Pəhləvi və ABŞ prezidenti Ruzvelt arasında müqavilə bağlanması ilə əlaqədar olaraq təbrik teleqramları mübadiləsi baş verdi. İran şahı ABŞ prezidentinə göndərdiyi məktubda qeyd edirdi ki, o, ABŞ-ı İranın ərazi bütövlüyünün qarantı kimi görür.
Bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də Sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətdi.
İranda İngiltərə ilə münasibətləri korlamamaq üçün sovet rəhbərliyi faşist Almaniyası üzərində tam qələbə çalanadək Şimali Azərbaycandan siyasi təbliğatın daxil olmasını dayandırdı. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bakıya qayıdan Əziz Əliyev tezliklə M.Bağırovun Stalinə təqdimatı əsasında Dağıstan partiya komitəsinin I katibi seçilir. Lakin 1944-cü ildə Almaniya üzərində tam qələbəyə əminlik yarandıqda sovet rəhbərliyi yenidən Cənubi Azərbaycan məsələsinə qayıtdı. Üstəlik İran ərazisində aşkar olunmuş böyük neft ehtiyatları iri dövlətlər arasında böyük rəqabətə səbəb oldu.
O zaman İran ABŞ və İngiltərənin təsir dairəsində idi. SSRİ-də neftə olan tələbat günbəgün artırdı. Buna görə də sovet rəhbərliyi istənilən yolla İranı öz təsir dairəsinə çəkməyə çalışırdı. Neft uğrunda mübarizə Stalini ən kəskin addımlar atmağa məcbur edirdi. Bu imkandan istifadə edən M.Bağırov öz siyasi «kozır»ını ortaya atır. Əsas məqsəd İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək adı altında onlara muxtariyyət vermək və azərbaycanlıların köməyi ilə şah rejiminə təzyiq göstərmək və SSRİ-nin maraqları naminə xeyir əldə etmək kimi təqdim olunur. M.Bağırovun əsl məqsədi isə Cənubi Azərbaycanı muxtariyyətdən suveren dövlətə çevirmək və SSRİ ərazisi ilə birləşdirmək, yəni Azərbaycan ərazisini genişləndirmək və bu regionda ABŞ və İngiltərənin təsirini azaltmaq idi və Stalini buna inandırmaq lazım idi. Stalin bu məsələyə ciddi yanaşdı və V.Molotova İranın azərbaycanlı əhalisinin hüquqlarının pozulması ilə bağlı İran şahına nota göndərməyi tapşırdı. 14 sentyabr 1944-cü il tarixdə M.Bağırov Stalinə ünvanlanmış məktubunda göstərirdi ki, Cənubi Azərbaycanda tezliklə demokratik quruluş yaradılacaq
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
Azeri_Man
Admin


İsmarıc sayı : 457
Age : 32
Registration date : 06/10/07

Yeni mövzuMövzu: Geri: Mircəfər Bağırov   Ç.a. Mar. 18, 2008 3:03 pm

İfadələrim düz yazılıb, oxudum, təsdiq edirəm. İmza M.Müşfiq İstintaq etdi: IV şöbənin 4-cü bölməsinin əməliyyat müvəkkili serjant Q.B." Müşfiqi istintaq edən, üzündən kütlük tökülən, iri, kobud, qırmızısifət, sarısaç bir serjantdı. Onun ədəbli danışmaq istəyi də gülüş doğururdu. Müşfiq ona ürəyində gülürdü. Suallarına cavab verərkən adını çəkdiyi adamların artıq həbs edildiyini bildiyi üçün xəta çıxmayacağına arxayındı. Bir də "Musavat"la bağlı bir sirr qalmamaışdı. "Yusif Vəzir "Bakraboçi"də etiraflarını yazmışdı. Seyid Hüseyn də sovet mövzularını qələmə alırdı. Əhməd Cavab sovet xalqları ədəbiyyatından tərcümələr edirdi. Bu məşhur adamlar onsuz da həbs olunublar. Müşfiqin adını da yəqin ki, tutmayıblar. Qoy əsas günahı öz üzərimə götürüm" - deyə düşünən sadəlövh Müşfiq birinci istintaqdan sonra xüsusi kamerada saxlandı. Xüsusi tapşırıq verilən cəlladlar ona əzab verməyə başladı. Əvvəlcə kəlbətinlə çəkib dırnaqlarını çıxardılar. Dodaqları göyərdi, ancaq zarımadı. Əvvəlcə sol əldən başladılar. Mıxçıxaran qara kəlbətin dırnağı çıxaranda barmaqlar qana bulaşırdı. İki nəfər onu tutur, üçüncü əzab verirdi. Ağrı hissi qalmamışdı, hətta iztirabın rahatlıq verməsini də düşünməyə başladı. Onların istədiyi ifadələri vermədi. Cəlladlar bu dözümə heyrətlərini gizləmədilər. Onu iki gün qurşağa qədər suyun içində saxladılar. Siçovullar o yandan bu yana tullanır, suyun içi ilə üzürdü. Əgər bir an mürgüləsən, üstünə çıxıb qulağını dişləyə bilərdilər. İki gecə yatmayandan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur edirlər. Bu da bir fayda vermədi. Eşitmişdi ki, idarəsində məsul vəzifə tutan Axundov familiyalı bir gəncəlinin güdazına gedib. Guya onun təşkil etdiyi danoslar Mircəfər Bağırova çatdırılandan sonra, bu həngamə başlamışdı.
Müşfiq tələbə olarkən onları pambıq yığımına aparırlar. Pəyədən heyvanları çıxarıb, ora saman döşəyərək yararlı hala salıb gecələmək üçün tələbələri "mehmanxanaya" dəvət edirlər. Necə olursa səhərisi gün Mircəfər Bağırov həmin kolxoza gəlir.
Tələbələrlə görüşür. Bütün rəhbərlərə xas əda ilə sorğusuna tərifli cavab gözləyir: - "Hə, balalarım, necə dolanırsız? Yeriniz necədir?". Tələbələrdən səs çıxmasını gözləməyən Müşfiq kəskin səslə deyir: - Neçə olacaq, gəlib bir gecə bu tövlədə özünüz qalın, görün necədir!
Bağırov pərtləşsə də özünü o yerə qoymur, rayon rəhbərliyinə tapşırır ki, tələbələri evlərə bölüşdürsünlər...
Müşfiq Mircəfərin xırda hisslərlə yaşadığını bilirdi. Onun azad olunması uzanır, uzanırdı. Dörd ay yarım keçirdi. Ona olmazın işgəncələr verir, adamlarla üzləşdirir, ancaq Müşfiq heç kəsin üzünə durmurdu. Müşfiqə elə gəlirdi ki, o əbədi olaraq kamerada yaşayıb. Bayırdakı həyatı isə şirin yuxudur.
Təkadamlıq kameranın qapısının cəftəsi və qıfılı açıldı. İki nəfər içəri girdi. Onu itələyib çölə çıxardılar. Yenə istintaq.
Təqvimdə "20 oktyabr 1937-ci il, çərşənbə" vərəqi görünürdü. İstintaqı serjant aparır, katib də yazırdı.
"M.M.İsmayılzadənin istintaqının davamı
Sorğu: İstintaqın tam gedişinə siz müqavimət göstərir, əksinqilabi təşkilatda olduğunuzu inkar edirsiz. İstintaq yenə sizdən cavab tələb edir. Siz davranış xəttinizi dəyişib həqiqəti üzə çıxaran, əksinqilabi təşkilatda iştirakınızı göstərən etiraflar edəcəksinizmi?".
Kamerada cəlladlar ona yenə əzab verməyə başlamışdı. Dözümsüz məqamda Müşfiq dedi: "Durun. Danışıram". Ondan əl çəkdilər. Dırnaqsız barmaqlarını ovuşdururdu. Öz-özünə dedi: "Etiraf lazımdı, deyim. Nə olacaq? Buna görə, tutulanları onsuz da xilas edə biləyəcəyəm, qoy hər şeyi özüm üzərimə götürüm".
Sualı bir də təkrar etdilər. Bu dəfə danışdı. Katib yazdı:
"Cavab: Ötən istintaqlarda mən doğrusunu söyləməmişəm, əksinqilabi təşkilata aid olduğumdan çəkinmişəm. Qət etmişəm ki, indi öz əksinqilabi fəaliyyətim barədə həqiqəti söyləyim. Etiraf edirəm ki, Azərbaycandakı əksinqilabi millətçi təşkilatın üzvüyəm.

Görürsəndə o vaxt güllənənlər niyə güllələnib Bax belə xain xalqın olduğuna görə

_________________
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizimgece.fforum.biz
 
Mircəfər Bağırov
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bizim Gecə :: Azərbaycan ( Odlar Yurdu ) :: Azərbaycan'ın Tarixi Şəxsiyətləri-
Keç: